İqtisadiyyat
Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq
Naxçıvan iqtisadi rayonunda dabaq xəstəliyindən azad zona yaradılacaq. Oxu.Az xəbər verir ki, sözügedən məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda əksini tapıb. Qeyd olunub ki, proqram çərçivəsində heyvan xəstəliklərindən azad təsərrüfatların (kompartmentlərin) yaradılmasının təşviqi nəzərdə tutulur. Bundan başqa, sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Vurğulanır ki, heyvanların yaşa, çəkiyə və cinsə görə kəsiminin tənzimlənməsinə dair beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulur.
Mənbə
oxu.az