Dünya

ABŞ ordusu Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib - VİDEO

10 Sep 2026, 10:48 26 baxış
ABŞ ordusu Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib - VİDEO
ABŞ hərbi qüvvələri Karib dənizində hərəkət edən sürətli gəmiyə zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sentyabrın 9-da SOUTHCOM-un rəhbərliyi altında Qərb Yarımkürəsinin Birləşmiş Əməliyyat Qrupu Karib dənizində qaçaqmalçılarının tez-tez istifadə etdiyi marşrut üzrə üzən sürətli gəmiyə məhvedici kinetik zərbə endirib. Kəşfiyyat məlumatlarına əsasən, vurulan gəmi narkotik vasitələrin qanunsuz dövriyyəsində fəal şəkildə istifadə olunub. SOUTHCOM-dan əlavə ediblər ki, keçirilmiş əməliyyat nəticəsində üç terrorçu zərərsizləşdirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər