Cəmiyyət

Səfərbərlik Xidmətində işə qəbul imtahanı keçirildi

02 Oct 2026, 19:16 2 baxış
Səfərbərlik Xidmətində işə qəbul imtahanı keçirildi

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirilib.


DİM-dən Axar.az-a bildirilib ki, imtahanda 137 nəfər iştirak edib. Nəticələrə əsasən, 21 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan 4-ü həqiqi hərbi xidmətə, 17-si isə mülki işə qəbul üzrə imtahanda uğur əldə edib.


Namizədlər imtahanı başa çatdırdıqda və ya ayrılmış vaxt tamam olduqda nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri DİM-in internet saytında da yerləşdiriləcək.


İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 5-i, 6-sı və 7-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər