Dünya

Parisdə Mali vətəndaşından bir milyon avro dəyərində zinət əşyaları oğurlandı

10 Sep 2026, 01:32 29 baxış
Parisdə Mali vətəndaşından bir milyon avro dəyərində zinət əşyaları oğurlandı
Fransanın paytaxtı Parisdə Mali vətəndaşı olan şəxs qarət edilib, ondan bahalı saat və zinət əşyaları oğurlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır. Onların sözlərinə görə, qarət sentyabrın 8-dən 9-na keçən gecə "Plaza Athenee" hotelində baş verib. İlkin məlumatlara görə, iki cinayətkar binanın səkkizinci mərtəbəsindəki otağın pəncərəsindən içəri girib. Oğurlanan əşyaların ümumi dəyəri təxminən bir milyon avro təşkil edir, o cümlədən 600 000 avro dəyərində saat da oğurlanıb. Qarət baş verən anda qonaq otaqda olub. Məlumata görə, cinayətkarlar hələ tutulmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər