Dünya

Berlində merliyə namizəd olan siyasətçinin evi və ofisində axtarış aparıldı

09 Sep 2026, 23:16 24 baxış
Berlində merliyə namizəd olan siyasətçinin evi və ofisində axtarış aparıldı
Hannover Prokurorluğu Almaniya Sosial Demokrat Partiyasından (SDP) Berlinin meri postuna namizəd Şteffen Krax barəsində korrupsiya şübhəsi ilə araşdırmaya başlayıb. Oxu,Az xəbər verir ki, bu barədə "Hannoversche Allgemeine Zeitung" qəzeti məlumat yayıb. İş çərçivəsində Kraxın Berlindəki mənzilində və SDP-nin ofisində, həmçinin siyasətçinin Hannoverdəki bürosunda axtarışlar aparılıb. Nəşrin qeyd etdiyi kimi, araşdırma Aşağı Saksoniya federal torpağının Lerte şəhərində keçmiş klinikanın ərazisinin satışı proseduru ilə bağlıdır. Krax Hannoverdə anadan olub və 2021-ci ildə eyniadlı rayonun rəhbəri seçilib. Hazırda o, sentyabrın 20-də keçiriləcək Berlin Deputatlar Palatasına seçkilərdə SPD-nin namizədidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər