Dünya

KİV: "Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə sülh prosesindəki rolunu azalda bilər"

09 Sep 2026, 22:00 3 baxış
KİV: "Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə sülh prosesindəki rolunu azalda bilər"
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliff Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar prosesində daha fəal rol üzərinə götürməyi planlaşdırır, lakin Prezident Donald Tramp hələlik ölkəsinin davam etdirdiyi diplomatiyada dəyişikliklərlə bağlı yekun qərar qəbul etməyib. Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Ağ Ev İranla ABŞ arasında münaqişə səbəbindən sülh prosesi dalana dirəndikdən sonra danışıqlar qrupunda islahat aparılması imkanını çoxdan araşdırırdı. Bildirilir ki, Retkliff və prezidentin xüsusi elçisi Stiv Uitkoff arasında danışıqlarda ABŞ-nin əsas nümayəndəsi olmaq uğrunda mübarizə başlayıb. Vurğulanır ki, Tramp administrasiyası münaqişənin nizamlanmasına müxtəlif yanaşma variantları üzərində işləyib və Moskva ilə qarşılıqlı əlaqə üçün əlavə kanal açmaq məqsədilə Rusiyaya yeni səfir təyin edilməsi imkanını nəzərdən keçirib. Uitkoffun özü Yaxın Şərqdəki münaqişələrin nizamlanmasına diqqət yetirmək üçün xüsusi nümayəndə vəzifəsinin saxlanılacağını gözləyir. Eyni zamanda, Uitkoffun Retkliffə paralel fəaliyyət göstərərək Ukrayna üzrə danışıqlar prosesində iştirakını davam etdirə biləcəyi ehtimal olunur. Xatırladaq ki, MKİ rəhbəri avqustun 25-də Moskvaya səfər edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Retkliffin səfəri iki ölkənin xüsusi xidmət orqanları arasında əlaqələrlə bağlı olub. Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Retkliff Moskvada olarkən onunla görüşdüyünü təsdiqləyib. ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Moskvada olublar və orada onları Rusiya Prezidenti Vladimir Putin qəbul edib. Ertəsi gün onlar Kiyevdə Vladimir Zelenski ilə görüşüblər. Rusiya liderinin köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, Putin və Tramp sentyabrın 8-də telefon danışığı aparıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər