Digər
Əpl Ayfon 18 Pro və Pro Maxı təqdim etdi
Əpl yeni nəsil Ayfon 18 Pro və Ayfon 18 Pro Max smartfonlarını təqdim edib.
Axar.az xəbər verir ki, bununla bağlı şirkət bununla bağlı təqdimat mərasimi keçirib.
Ayfon 18 Pro 6,3 düymlük, Ayfon 18 Pro Max isə 6,9 düymlük ekrana malikdir. Telefonlar qara, gümüşü, “buzlaq” və “burqundiya” olmaqla, dörd rəngdə satışa çıxarılacaq.
Smartfonlarda litium-ion batareyanın əvəzinə silikon-karbon akkumulyatorundan istifadə olunub. Belə ki, Ayfon 18 Pro bir dəfə enerji ilə doldurulduqdan sonra 24 saatadək, Ayfon 18 Pro Max isə 30 saatadək işləyə biləcək.
Satışlara sentyabrın 18-də start veriləcək.
Mənbə
axar.az