İdman
UEFA Çempionlar Liqası: "Barselona" mövsümə darmadağınla başladı - VİDEO
UEFA Çempionlar Liqasında 2026-2027 mövsümünün ilk turunun oyunları davam edir. Oxu.Az xəbər verir ki, Liqa mərhələsinin birinci turu çərçivəsində "Barselona" (İspaniya) "Feyenoord"la (Niderland), "Ştutqart" (Almaniya) isə "Vikinq"lə (Norveç) ilə üz-üzə gəlib.
Altı qolun vurulduğu "Barselona" - "Feyenoord" matçında katalonlar 5:1 hesabı ilə qalib gəliblər. İspaniya təmsilçinə qələbə qazandıran qolları Rafinya (3 və 57-ci dəqiqələr), Kərim Adeyemi (22), Lamin Yamal (77) və Qabriel Jezus (85) vurublar. Niderland klubunun təsəlli qolunun müəllifi isə Sem Steyn (82) olub. Dörd qolun vurulduğu "Ştutqart" - "Vikinq" qarlışasmasında gülən tərəf meydan sahibləri olublar - 3:1. Ermedin Demiroviçin het-triki (20, 26 və 32) Almaniya təmsilçisinə üç xalı qazandırb. Qonaqlardan isə Zlatko Tripiç (22) fərqlənib.

Mənbə
oxu.az