Dünya

Britaniyanın məşhur teleyayım şirkəti kütləvi ixtisarlarla gedir

09 Sep 2026, 20:48 4 baxış
Britaniyanın məşhur teleyayım şirkəti kütləvi ixtisarlarla gedir
Böyük Britaniyanın "Channel Four Television Corp." dövlət teleyayım şirkəti ilin sonunadək işçi heyətini 340 nəfər ixtisar etməyi planlaşdırır. Oxu.Az BBC-yə istinadən xəbər verir ki, şirkətdə təxminən 1 270 nəfər çalışır. Bu isə o deməkdir ki, ixtisarlar ştatın təxminən 28%-ni əhatə edəcək. "Üzləşdiyimiz problemlər fəaliyyətimizdə fundamental dəyişikliklər tələb edir", - deyə şirkətin icraçı direktoru Priya Doqra bildirib. O əlavə edib ki, ixtisarlar idarəetmə pillələrinin sayını azaltmağa və qərar qəbulu prosesini sadələşdirməyə yönəlib. Qeyd edək ki, "Channel 4" 1982-ci ildə BBC və ITV-yə alternatv olaraq təsis edilib. Son dövrlərdə şirkət striminq xidmətlərinin rəqabəti və reklam gəlirlərinin kəskin azalması ilə qarşılaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər