Dünya
KİV: İranda Xarq adası yaxınlığında partlayışlar baş verib
İranın Xarq adasında partlayış səsləri eşidilib. Oxu.Az xəbərə verir ki, bu barədə TASS İran KİV-ə istinadən məlumat yayıb. Məlumata görə, Xarq adası yaxınlığında İranın neft tankeri ABŞ qüvvələrinin raket hücumuna məruz qalıb. Digər təfərrüat açıqlanmır.
Mənbə
oxu.az