Dünya
Peru ABŞ-nin yaratdığı alyansa qoşuldu
"Peru yeni prezident Keyko Fuximorinin rəhbərliyi altında ABŞ tərəfindən yaradılmış "Amerika Qalxanı" alyansına qoşulub". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "El Comercio" qəzetində dərc olunan məqaləsində bildirib. "Biz yarımkürəmizi transsərhəd və regional təhdidlərdən qorumaq üçün səylərimizi əlaqələndiririk və Perunu "Amerika Qalxanı" çərçivəsində alqışlayırıq", - M.Rubio yazıb. O, həmçinin məqaləsindən Cənubi Amerikada Çin şirkətləri ilə deyil, ABŞ şirkətləri ilə əməkdaşlığın region üçün daha sərfəli olduğunu bildirib. "Regionumuzun hər bir ölkəsinin tərəfdaşlarını seçmək suveren hüququ var. Biz yalnız xahiş edirik ki, bu seçim tam şəffaflıq şəraitində edilsin və onun bütün şərtləri ictimaiyyət üçün açıq olsun", - dövlət katibi yazıb. Qeyd edək ki, "Amerika Qalxanı" narkokartellərlə mübarizə aparan və birgə hərbi əməliyyatlar keçirən ABŞ və bir sıra Latın Amerikası ölkələrinin alyansıdır. Martın 7-də Florida ştatının Mayami şəhərində keçirilən "Amerika Qalxanı" sammitində ABŞ Prezidenti Donald Tramp narkokartellərə qarşı eyniadlı beynəlxalq hərbi koalisiyanın yaradıldığını elan edib.
Mənbə
oxu.az