Siyasət

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib - FOTO

08 Sep 2026, 19:00 4 baxış
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib - FOTO
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycanda səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Aleni qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, görüşdə ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib. Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib. Görüş zamanı, həmçinin Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan əlavə, Azərbaycan-ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əks olunmuş istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinə nəzər salınıb.
{{gallery}}
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib - FOTO Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər