Cəmiyyət

Səbaildə nə baş verir? - Sakinlər narahatdırlar - VİDEO

08 Sep 2026, 20:00 3 baxış
Səbaildə nə baş verir? - Sakinlər narahatdırlar - VİDEO
Səbail rayonunun "20-ci sahə" adlanan ərazisində yaşayan sakinlər torpaq sürüşməsindən narahatdırlar. Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, Yüzbəy Mürsəlov küçəsi, 147 ünvanında yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə kanalizasiya xətlərinin bərbad vəziyyətdə olması çirkab sularının torpağa axmasına və sürüşmə prosesinin sürətlənməsinə səbəb olur. 1920-ci ildə inşa edilmiş üçmərtəbəli yaşayış binasının, xüsusilə birinci və ikinci mərtəbələrində divarlarda su və nəmişlik izləri, tökülmüş suvaqlar, eləcə də çatlar müşahidə olunur. Binanın arxa hissəsində isə yamac boyunca torpağın parçalandığı və aşağıya doğru sürüşmə izlərinin olduğu görünür.

Sakinlərin sözlərinə görə, kanalizasiya xətlərindəki problem uzun müddətdir davam edir. Onlar sürüşmənin davam edəcəyi təqdirdə yaxınlıqdakı evlərin təhlükəsizliyi üçün risk yarana biləcəyindən ehtiyat edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər