İdman

İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu

08 Sep 2026, 19:36 3 baxış
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu

2026-cı ilin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, "France Football" jurnalı sözügedən mükafat üçün 30 namizədin adını açıqlayıb.


Cud Bellinqem (“Real”), Pau Kubarsi (“Barselona”), Mark Kukurella (“Real”), Usman Dembele (PSJ), Luis Dias (“Bavariya”), Bruno Fernandeş (“Mançester Yunayted”), Erlinq Holand (“Mançester Siti”), Qabriel Maqalyaeş (“Arsenal”), Harri Keyn (“Bavariya”), Əşrəf Hakimi (PSJ), Lamin Yamal (“Barselona”), Xviça Kvaratsxeliya (PSJ), Markinyos (PSJ), Sadio Mane (“Əl-Nəsr”), Lautaro Martinez (“İnter”), Kilian Mbappe (“Real”), Nuno Mendeş (PSJ), Lionel Messi (“İnter Mayami”), Maykl Olise (“Bavariya”), Joao Neveş (PSJ), Vilyan Paço (PSJ), Xulian Kinyones (“Əl-Qadsiyə”), Deklan Rays (“Arsenal”), Rodri (“Barselona”), Fabian Ruiz (PSJ), Ferran Torres (PSJ), Vilyam Saliba (“Arsenal”), Dayo Upamekano (“Bavariya”), Vinisius Junior (“Real”) və Vitinya (PSJ).


Qeyd edək ki, ötən il bu mükafatın qalibi PSJ və Fransa millisinin hücumçusu Usman Dembele olub. 2026-cı ilin qalibi oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” mükafatlandırma mərasimində açıqlanacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər