İdman

AFFA İntizam Komitəsi dörd klubu cərimələdi

08 Sep 2026, 15:20 2 baxış
AFFA İntizam Komitəsi dörd klubu cərimələdi
Misli Premyer Liqasının IV turu çərçivəsində keçirilən oyunlarda sarı vərəqə limitini aşan 4 klub AFFA İntizam Komitəsinin qərarı ilə ümumilikdə 2 800 manat məbləğində cəriməyə məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub. Belə ki, sentyabrın 4-də baş tutan "Kəpəz" - "Şamaxı" qarşılaşmasında Gəncə təmsilçisinin 6, qonaq komandanın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 700 manat ödəməli olacaq. Sentyabrın 6-da keçirilən "Turan Tovuz" - "Sumqayıt" matçında da oxşar vəziyyət qeydə alınıb. Meydan sahiblərinin 5, sumqayıtlıların isə 6 oyunçusunun sarı vərəqə alması nəticəsində hər iki kluba 700 manat cərimə tətbiq edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər