Dünya

İranda benzin iki dəfə bahalaşdı

08 Sep 2026, 10:44 28 baxış
İranda benzin iki dəfə bahalaşdı
İran hökuməti güzəştli kateqoriyaya aid olmayan benzinin qiymətini iki dəfə bahalaşdırıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb. Məlumata əsasən, sentyabrın 8-dən etibarən üçüncü tarif üzrə benzinin bir litrinin qiyməti 10 000 tümən (0.012397 manat - red.) təşkil edir. Bildirilir ki, ilk iki tarifdə heç bir dəyişiklik edilməyib və müvafiq olaraq 1 500 (0.00186 manat - red.) və 3 000 tümən (0.003719 manat - red.) səviyyəsində saxlanılıb. Üçüncü tarif isə yanacaq kartındakı ilk iki limit bitdikdən sonra benzinin satıldığı limitdən kənar tarifdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər