Şou biznes

Oğlu tərəfindən qətlə yetirilən Rob Rayner ölümündən sonra "Emmi" mükafatına layiq görüldü

08 Sep 2026, 07:31 6 baxış
Oğlu tərəfindən qətlə yetirilən Rob Rayner ölümündən sonra "Emmi" mükafatına layiq görüldü
Oğlu tərəfindən qəddarcasına qətlə yetirilən aktyor və rejissor Rob Rayner ölümündən sonra "Emmi" mükafatı ilə təltif edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Sənətkara "Ayı" komediya serialında canlandırdığı Albert Şnurr obrazına görə "İkinci planda ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafat ötən gün təqdim olunub. Bu, 1995-ci ildə Raul Xulianın "Alovlu mövsüm" filminə görə layiq görüldüyü mükafatdan sonra ölümündən sonra təqdim edilən ilk "Emmi"dir. Raynerin adından heykəlciyi ailənin yaxın dostu, teleaparıcı Vendi Maklendon-Kovi qəbul edib. Zaldakılar sənətkarın xatirəsini ayaq üstə alqışlarla yad ediblər. Qeyd edək ki, Rayner daha əvvəl 1978-ci ildə "Hamısı ailədə" (All in the Family) serialındakı roluna görə "Emmi" almışdı. Qələbələr arasındakı 48 illik fərq onun atası Karl Raynerin rekordunu yeniləyib. Belə ki, atasının 1958 və 1995-ci illərdəki mükafatları arasında 37 il fərq var idi. Xatırladaq ki, Rayner və həyat yoldaşı Mişel dekabrın 15-də ABŞ-nin Los-Anceles şəhərindəki evlərində ölü tapılıblar. Cütlüyün meyitlərini onların evinə gələn qohumlarının aşkar etdiyi bildirilir. Hazırda Los-Anceles Polis İdarəsinin detektivləri qətllə bağlı araşdırma aparırlar. Los-Ancelesin dairə prokuroru Natan Hokman dekabrın 16-da bildirib ki, aktyor və rejissorun oğlu Nik Raynerə qarşı iki qətl ittihamı irəli sürüləcək. Prokuror həmçinin əlavə edib ki, hazırda Rayner girov müqabilində azadlığa buraxılma hüququ olmadan həbsdə saxlanılır. Dekabrın 19-da "Daily Mail" qəzeti yazıb ki, qətlə yetirilən rejissor oğlu Niklə münaqişədən qısa müddət sonra dostlarına ondan qorxduğunu deyibmiş. Rayner həmçinin oğlunun ona zərər verə biləcəyini də dilə gətiribmiş.
Mənbə oxu.az

Oxşar Xəbərlər