Cəmiyyət

Ateist Çevikin döyülməsinə Elşad Miridən reaksiya

08 Sep 2026, 13:33 3 baxış
Ateist Çevikin döyülməsinə Elşad Miridən reaksiya

Ötən həftə “Çevik” ləqəbi ilə tanınan bloger Məqsəd Bağırov yaşadığı Qəbələ şəhərində iki nəfər tərəfindən döyülüb. O, əvvəlcə həmin şəxslər tərəfindən söhbət etmək məqsədilə evinin yaxınlığında yerləşən kafeyə çağırılıb, sonra isə mübahisə düşüb.


Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Axar.az-a açıqlamasında bəzi məqamların ictimaiyyət üçün vacib olduğunu xatırladıb.


“Quranda “Kəhf” surəsi var. Orada deyir ki, istəyən iman gətirsin, istəyən kafir olsun. Bizə bu seçim veriləndən sonra kiminsə buna etiraz edib hamını özü kimi görmək istəməsi Allahın buyuruğuna qarşı çıxmaqdır. Mənim kimi düşünmürsənsə, düşmənim deyilsən. Əksinə, fikir müxtəlifliyi bizim zənginliyimizdir.


Etika, əxlaq məsələlərinə önəm verilməlidir. Bəziləri bizimlə eyni düşünmürsə, ona əllə deyil, dillə cavab vermək lazımdır. Kiməsə əl qaldırmaq olmaz.


İslamda müharibəyə belə yalnız müdafiə məqsədilə icazə verilir. Kimsə səninlə eyni düşünmürsə, savaşmaq olmaz. Bu edilənlərə haqq qazandırmaq mümkün deyil”, - ilahiyyatçı vurğulayıb.


Qeyd edək ki, Çevik Tiktokda ateizm barədə canlı yayımları ilə məşhurdur.

Mənbə axar.az

Oxşar Xəbərlər