Şou biznes
Ukrayna 31 "YouTube" kanalını blokladı: Məşhur rusiyalı müğənnilər siyahıda
Ukrayna hakimiyyəti tanınmış şəxslərin, əsasən də Rusiya müğənniləri və artistlərinin 31 "YouTube" kanalını bloklayıb. Oxu.Az bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "Telegram" kanalında məlumat verib. Belə ki, İrina Alleqrova, Valeriya, Vasili Qerello, Larisa Dolina, Filipp Kirkorov, Sergey Lazarev, Qriqori Leps, Ani Lorak, Denis Maydanov, Anna Netrebko, "Pelaqeya" qrupu, Taisiya Povaliy və Yuliya Çiçerinanın kanalları bloklanıb. Həmçinin ukraynalı jurnalist Tatyana Popun, Ali Radanın keçmiş deputatları Renat Kuzmin və Yevgeni Murayevin də kanalları bloklanıb.
Mənbə
oxu.az