Dünya
Uitkoff və Kuşner Kiyevə əvvəllər təklif ediləndən daha pis sülh şərtləri gətiriblər
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Kiyevə əvvəllər Ukraynaya təklif ediləndən daha pis sülh sazişi şərtləri gətiriblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə Ali Radanın deputatı Anna Skoroxod məlumat verib. "Bu, nəinki bir irəliləyiş deyildi, onlar əvvəl olduğundan daha pis şərtlərlə gəlmişdilər. Əgər əvvəl konstitusiyaya dəyişikliklər və ərazilərin tanınması tələb edilmirdisə, indi tələb etdilər. Orada daha bir sıra nüanslar var ki, səsləndirmək istəmirəm", - deyə o, ukraynalı jurnalist Vitali Dikiylə müsahibəsində bildirib. Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskiyə qışa qədər Ukraynada nizamlanma üzrə danışıqlarda irəliləyiş əldə etmək istədiklərini bildirmişdilər. Sentyabrın 5-də Uitkov və Kuşner Moskvaya səfər ediblər və orada Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediliblər. Ertəsi gün onlar Kiyevdə Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Mənbə
oxu.az
Oxşar Xəbərlər