Cəmiyyət
Bakıda güclü külək 15 ağacı sındırıb - FOTO
Bakıda güclü külək nəticəsində 15 ağac sınıb. Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Qeyd olunub ki, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb: "Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib".
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az