Mədəniyyət

Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR

07 Sep 2026, 13:08 3 baxış
Əməkdar artist insult keçirib: VƏZİYYƏTİ AĞIRDIR
Əməkdar artist Sevda Məmmədzadə xəstəxanaya yerləşdirilib. Oxu.Az xəbər verir ki, buna səbəb onun işemik insult keçirməsi olub. Vəziyyəti ağır olan S.Məmmədzadə Nizami Tibb Mərkəzinə yerləşdirilib. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) fakt təsdiqlənib. Bildirilib ki, 1931-ci il təvəllüdlü şəxs (qadın) sentyabrın 2-də saat 00:30-da ağır vəziyyətdə Nizami Tibb Mərkəzinin Reanimasiya şöbəsinə hospitalizasiya olunub. "Baş-beyin qan dövranının hər iki beyin yarımkürəsində kəskin işemik tipli pozulması, ürəyin işemik xəstəliyi və səyirici aritmiya diaqnozları təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə məlumatda bildirilir. Qeyd edək ki, Sevda Saleh qızı Məmmədzadə uzun illər Azərbaycan Radiosunda diktor kimi çalışıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər