Mədəniyyət
Aktyor Oqtay Mehdiyev: "Öldürmək istəsələr də, alınmadı" - VİDEO
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı aktyor Oqtay Mehdiyev olub. O, sənət adamının həyatı, obrazlara münasibəti və teatrın mahiyyətindən söz açıb:
"Sənətlə həyatı qarışdırmaq olmaz. Qarışdırdınsa, məhv olacaq. Biz səhnədə Napoleonuq, Riçardıq, həyatda isə Mehdiyev Oqtay. Mən rola bürünmürəm, sadəcə, peşəkarcasına onunla məşğul oluram. Ruhun sərbəst yaradıcılığını tapmaq lazımdır. Bizim sənətdə şəxsi həyatla sənəti qarışdırmamaq əsas məsələdir". Oqtay Mehdiyev teatr və kino sahəsindəki problemlərdən, keyfiyyət məsələsindən danışıb: "Səhnə vicdanla işləyən aktyorundur. Biz normal işlər ortaya qoymalıyıq ki, tamaşaçı da keyfiyyətli sənəti görsün. Rejissorlar "tamaşaçı bunu istəyir" bəhanəsinin arxasında gizlənməməlidir. Tamaşaçı bu sənətin sirlərini mənim qədər bilə bilməz, ona görə də zövqü biz formalaşdırmalıyıq".

Mənbə
oxu.az