Kriminal

Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI

07 Sep 2026, 12:00 2 baxış
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI
Tərtər sakinini güllələməkdə təqsirləndirilən şəxs saxlanılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İrəvanlı kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahdan güllələnməsi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar aparılır. Tərtər rayonunda güllələnmə hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun İrəvanlı kəndi ərazisində qeydə alınıb. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün, 1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından odlu silahla güllələnib. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər