Dünya
Kabarda-Balkarda qar uçqunundə ölənlərin sayı artıb - VİDEO
Rusiyanın Kabarda-Balkar Respublikasının dağlıq ərazisində baş verən qar uçqunu nəticəsində 11 nəfər ölüb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alan daha altı nəfər isə xəstəxanaya yerləşdirilib. "Dəqiqləşdirilmiş məlumatlara əsasən, 10 nəfər sərbəst şəkildə aşağı enə bilib, altı alpinist yaralanaraq tibb müəssisələrinə aparılıb. Çox təəssüf ki, 11 nəfər ağır xəsarətlər alaraq vəfat edib", - deyə rəsmi açıqlamada qeyd olunur. FHN-in məlumatına görə, əlavə olaraq altı alpinistin taleyi hələlik naməlum qalır. Hazırda axtarış tədbirləri həyata keçirilir. Fövqəladə hallar qurumundan bildirilib ki, qrupun tərkibində ümumilikdə 33 nəfər olub. Alpinist qrupunun qar uçqununa düşməsi və insanların ölməsi faktı ilə əlaqədar Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən səhlənkarlıq maddəsi ilə cinayət işi araşdırılır.

Mənbə
oxu.az