Dünya
Tramp yenə Kanadaya söz atdı: Baş nazirə "qubernator" dedi - FOTO
ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə hokkey oynadığını əks etdirən foto paylaşıb və ona "qubernator" deyə müraciət edib. Oxu.Az xəbər verir ki, bu şəkli "Truth Social" platformasında yayımlayıb. Fotoda Tramp buzda oturan Karniyə "Qalx, qubernator" deyə müraciət edib. Bununla da ABŞ lideri Kanadanın baş nazirinin əslində bir Amerika ştatının rəhbəri olduğuna işarə edib. Xatırladaq ki, bundan əvvəl Tramp Kanadanın ABŞ-nin 51-ci ştatı olduğunu dəfələrlə vurğulayıb. O, hətta bir çox Kanada vətəndaşının ölkələrinin bu statusda ABŞ-yə birləşməsini dəstəklədiyini iddia edirdi. Lakin həm Karni, həm də əvvəlki hökumət başçısı Castin Trüdo Kanadanın heç bir formada və heç vaxt ABŞ-nin tərkibinə daxil olmayacağını qəti şəkildə bildirmişdilər.
Mənbə
oxu.az