Kriminal
Ağstafada toyda DAVA: 48 yaşlı kişi bıçaqlandı
Ağstafada toyda bıçaqlanan kişi evə buraxılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 19:40-da 1978-ci il təvəllüdlü şəxs (kişi) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Boyun nahiyəsinin kəsilmiş yaraları diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Həsənsu kəndi ərazisində toy məclisində qeydə alınıb. Rayonun Vurğun qəsəbəsində qeydiyyatda olsa da, Həsənsu kəndində yaşayan 1978-ci il təvəllüdlü Elçin Ratif oğlu Kərimov tanışı, kənd sakini, 1983-cü il təvəllüdlü Şanan İsmayıl oğlu İsmayılov tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.İsmayılov saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az