Digər

ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər - Panetta

07 Sep 2026, 00:37 4 baxış
ABŞ-İran münaqişəsi daha 6 ay davam edə bilər - Panetta

ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın sabiq müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta “Qardian“ qəzetinə müsahibəsi zamanı bildirib.


"ABŞ və İranın dəhşətli bir çıxılmaz vəziyyətdə olduğu heç kimə sirr deyil. Bu müharibəni bitirmək üçün çox az sayda mümkün variant var”, - deyə o bildirib.


Panetta Donald Tramp administrasiyasının Yaxın Şərqdə daimi müharibəyə cəlb olunmasından ehtiyat edir və bunun İraq və Əfqanıstandakı müharibələrə bənzər növbəti uğursuzluqla nəticələnə biləcəyini düşünür.


Eks-nazir Trampın qarşısında üç variantın olduğunu deyib. Bunlardan biri müharibənin uğursuz olduğunu qəbul edərək hərbi əməliyyatları dayandırmaq, ikincisi eskalasiyaya getmədən hava zərbələrini davam etdirmək, lakin bu halda münaqişənin uzanması mümkündür, üçüncüsü isə Hörmüz boğazına nəzarəti ələ keçirərək İranın əsas üstünlüyünü aradan qaldırmaqdır.

Mənbə axar.az

Oxşar Xəbərlər