Digər

Özümə deyil, ABŞ üçün milyardlar qazanmışam - Tramp

07 Sep 2026, 00:48 3 baxış
Özümə deyil, ABŞ üçün milyardlar qazanmışam - Tramp

Aksiyalardan əldə etdiyim milyardlarla dollar gəlir özüm üçün deyil, ölkəm üçündür.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.


“Bunu ölkəm üçün edirəm, özüm üçün deyil. Mən özüm üçün deyil, ABŞ üçün səhm və bir çox digər aktivlərdən yüz milyardlarla dollar qazanmışam", - deyə o bildirib.


Dövlət başçısı demokratların onu buna görə tənqid etdiyini vurğulayıb.


"Bu, çox ədalətsizdir, amma nə edə bilərsiniz!" - deyə Amerika lideri yekunlaşdırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər