Digər
Hörmüz boğazı tamamən bağlandı - İran
Hörmüz boğazı gəmiçilik üçün tamamilə bağlanıb.
Axar.az-ın "Press TV"yə istinadən xəbərinə görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
O qeyd edib ki, İran ordusu boğazdan keçməyə çalışan Amerika gəmilərinə atəş açır, lakin ətraf mühitə ziyan vurmamaq üçün onları batırmır.
"İran Amerikanın qaçaqmalçı gəmilərini batırmamaq qərarına gəlib, çünki onlar neft daşıyırlar və bu, regiona ekoloji ziyan vuracaq", - Rezai bildirib.
Mənbə
axar.az