Digər
Husilər Səudiyyəyə məxsus PUA-nı məhv etdi
Husi üsyançıları (Ənsarullah) Yəmən səmasında Səudiyyə Ərəbistanına məxsus “Wing Loong II” kəşfiyyat-zərbə PUA-sını məhv edib.
Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səria deyib.
Onun sözlərinə görə, pilotsuz təyyarə bu səhər ölkənin cənub-qərbindəki Taiz əyalətinin Maqbanna rayonu üzərindəki hava məkanında vurulub.
Mənbə
axar.az