Kriminal

Ucarda yük avtomobili yandı, yolda hərəkət məhdudlaşdırıldı - FOTO

06 Sep 2026, 21:36 2 baxış
Ucarda yük avtomobili yandı, yolda hərəkət məhdudlaşdırıldı - FOTO
Ucar rayonunda iritonnajlı yük avtomobili yanıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Alpı kəndindən keçən hissəsində baş verib. Belə ki, Bakı istiqamətində hərəkət edən və kabellə yüklənmiş yük avtomobili qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb. Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb. Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
Ucarda yük avtomobili yandı, yolda hərəkət məhdudlaşdırıldı - FOTO Ucarda yük avtomobili yandı, yolda hərəkət məhdudlaşdırıldı - FOTO Ucarda yük avtomobili yandı, yolda hərəkət məhdudlaşdırıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər