Digər
Heqset xəbərdarlıq etdi: İran tankerləri məhv ediləcək
Hücumlar davam edəcəyi təqdirdə İranın tankerləri məhv ediləcək.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset deyib.
"Əgər İran ABŞ gəmilərinə atəş açsa, biz də onların tankerlərini məhv edəcəyik. Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır. İranın nə donanması, nə də hava qüvvələri var. Təyyarələrimiz, gəmilərimiz və sualtı qayıqlarımız hamısına zərbə endirə bilər", - Heqset bildirib.
Qeyd edək ki, SEPAH Hörmüzdə ABŞ-ın 3 gəmisinə və icazəsiz hərəkət edən 3 tankerə hücum etdiyini açıqlamışdı.
Mənbə
axar.az