Dünya

ABŞ-də təyyarə qəzasında iki uşaq həlak olub - FOTO - VİDEO

06 Sep 2026, 10:24 2 baxış
ABŞ-də təyyarə qəzasında iki uşaq həlak olub - FOTO - VİDEO
ABŞ-nin Kaliforniya ştatında, Fresno hava limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq həlak olub, iki nəfər isə ağır xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Göyərtəsində dörd nəfərin olduğu təyyarə sentyabrın 5-də yerli vaxtla saat 13:50-də (Bakı vaxtı ilə sentyabrın 6-sı saat 00:50-də) Syerra-Skay-Park yaxınlığında, San-Xoakin çayı ətrafında qəzaya uğrayıb. Xilasedicilər hava gəmisinin qalıqlarını çay kənarındakı qayalıqda aşkar ediblər. Məlumata görə, təyyarənin qəzaya uğramasından sonra hadisə yerinin yaxınlığındakı təpənin yamacında yanğın baş verib. Vəziyyətləri ağır olan iki şəxs xəstəxanaya çatdırılıb. Həlak olan uşaqların şəxsiyyəti və dəqiq yaşları hələlik müəyyən edilməyib. Qəzanın səbəbləri məlum deyil. Hadisənin araşdırılmasına ABŞ-nin Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) cəlb olunub.
{{gallery}}
ABŞ-də təyyarə qəzasında iki uşaq həlak olub - FOTO - VİDEO ABŞ-də təyyarə qəzasında iki uşaq həlak olub - FOTO - VİDEO ABŞ-də təyyarə qəzasında iki uşaq həlak olub - FOTO - VİDEO ABŞ-də təyyarə qəzasında iki uşaq həlak olub - FOTO - VİDEO ABŞ-də təyyarə qəzasında iki uşaq həlak olub - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər