Dünya

Nigeriya ordusu terrorçular tərəfindən girov götürülmüş dinc sakinləri azad edib

05 Sep 2026, 21:48 5 baxış
Nigeriya ordusu terrorçular tərəfindən girov götürülmüş dinc sakinləri azad edib
Nigeriya ordusu terrorçular tərəfindən girov götürülmüş 36 mülki şəxsi azad edib. Oxu.Az xəbər verir ki, bu barədə NAN agentliyi Nigeriya ordusunun Baş Qərargahının nümayəndəsi general-mayor Maykl Onocunun açıqlamasına istinadən məlumat yayıb. Nigeriya Silahlı Qüvvələri ölkənin şimal-şərqindəki Borno ştatında "Hadin Kay" əməliyyatı çərçivəsində "Boko Haram" və "Qərbi Afrikada İslam Dövləti" ekstremist qruplaşmalarına qarşı əməliyyat keçirib. Hərbçilər Borno və Yobe ştatlarında ekstremistlərin bir neçə bazasını darmadağın edib və girovları azad edərək çoxlu sayda silah-sursat ələ keçiriblər. Qeyd edək ki, Nigeriyanın şimal-şərqində əsas terror təhlükəsi 2009-cu ildə Borno ştatının inzibati mərkəzi olan Mayduquri şəhərində yaradılmış "Boko Haram" ekstremist qruplaşması hesab olunur. Qruplaşmanın məqsədi ölkədə hakimiyyəti ələ keçirməkdir və o, daim terror aktları törədir. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri "Boko Haram"a ciddi zərbə vuraraq onun nəzarətində olan əraziləri əhəmiyyətli dərəcədə azaldıb. Buna cavab olaraq silahlılar qonşu ölkələrdə, ilk növbədə Çad gölü ərazisində öz bazalarını yaratmağa başlayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər