Dünya
Husilər Yəmənin Taiz şəhərini vurdular: Ölənlər var - FOTO - VİDEO
Yəmənin cənub-qərbində yerləşən Taiz əyalətində dinc sakinlərin yaşadığı əraziyə "Ənsər Allah" (husilər) hərəkatı tərəfindən endirilən raket zərbəsi nəticəsində dörd mülki vətəndaş həyatını itirib, daha doqquz nəfər isə xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə Yəmənin rəsmi SABA agentli məlumat yayıb.
Bildirilib ki, husilər Taizdə mülki şəxslərin olduğu Heycə-əl-Abd yolu üzərindəki əraziyə ballistik raketlə hücum ediblər. Zərbələrə məruz qalan bölgədə dağıntıların da olduğu qeydə alınıb. Yerli mətbuatın verdiyi xəbərə əsasən, hücumun hədəfi Taizi qonşu Lahc əyaləti və oradan da ölkənin müvəqqəti paytaxtı Ədən ilə birləşdirən Heycə-əl-Abd yolundakı sərnişin avtobusları olub. Bundan başqa Yəmənin hökumət qüvvələri Taiz əyalətinin qərb hissəsində husilərə aid iki pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb. Hökumətə tabe olan Milli Müqavimət Qüvvələrinin hərbi media mərkəzinin bəyanatında bildirilir ki, husilərin iki zərbə PUA-sı Taizdən qərbdə yerləşən Bərah cəbhəsində məhv edilib. Husilər hələlik bu məlumatlara münasibət bildirməyiblər.

Mənbə
oxu.az