Dünya
Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı - FOTO - VİDEO
Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus "F-4 Phantom" qırıcı təyyarəsi Afinada "Athens Flying Week" aviaşousunda qəzaya uğrayıb. Bu barədə Oxu.Az Yunanıstan KİV-ə istinadən xəbər verir.
{{gallery}} Məlumata görə, qəza "Athens Flying Week - Tanagra International Air Show 2026" beynəlxalq aviaşousunun ilk günündə Tanaqra aviabazasında baş verib. Hadisə yerinə təcili yardım maşınları və yanğınsöndürmə briqadaları, eləcə də helikopterlər cəlb olunub, axtarış-xilasetmə əməliyyatları davam edir. Ekipajın taleyi ilə bağlı hələ ki məlumat yoxdur. İlkin məlumata görə, "Phantom" ikinəfərlik təyyarəsi dönüş etdiyi zaman, yüksək sürətlə ötmə etməyə çalışarkən qəzaya uğrayıb.

Mənbə
oxu.az