Mourinyonun Arda Gülər qərarı xoş qarşılanmadı
"Real"ın baş məşqçisi Joze Mourinyonun “Real Betis”lə matçda (1:2) Arda Güləri əvəzləməsi müzakirələrə səbəb olub.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, sözügedən oyunda türkiyəli futbolçu komandasının ən yaxşılarından biri olsa da, ikinci hissənin ortalarında meydanı tərk edib. Onun əvəzinə sağ cinahda Diamonde meydana çıxıb.
İspaniyanın “AS” nəşrinin məlumatına görə Mourinyo özü də bu qərarın ədalətsiz görünə biləcəyini etiraf edib. Portuqaliyalı mütəxəssis Gülerin ikinci sarı vərəqə alma ehtimalını əsas səbəb kimi göstərib.
Mourinyonun sözlərinə görə, “Betis”in futbolçuları ikinci hissənin əvvəlində Güləri ikinci sarı vərəqə almağa təhrik etməyə çalışa bilərdilər. Buna görə də məşqçi riskə getməyib.
Qeyd edək ki, Gülər matçda "Real"ın ən çox qol epizodu yaradan futbolçusu olub. O, 7 qol şansı yaradıb və 5 top qazanaraq müdafiə baxımdan da fəal çıxış edib. Lakin komandanın hücumçuları, xüsusilə Kilian Mbappe, bu imkanlardan yararlana bilməyib.