Digər
"LaLiga Dining & Lounge" "Musabəyov" parkında şəbəkənin ilk "park-side" məkanını açdı - FOTO
"LaLiga Dining & Lounge" şəbəkəsi 4 sentyabr 2026-cı il tarixində "Musabəyov" parkında yeni filialının rəsmi açılışını keçirib. Bu, şəbəkənin "Dining & Lounge" formatında olan üçüncü məkanıdır. Yenidən qurulmuş park Yasamal rayonunda, Əbdürrəhim bəy Haqverdiyev küçəsi 62 ünvanında yerləşir. Yeni məkan "Laliga" şəbəkəsinin tamhüquqlu park və terras kontekstində fəaliyyət göstərən ilk filialıdır və 300-ə yaxın oturacaq yeri ilə şəbəkənin ən böyük məkanlarından biridir. "Musabəyov" parkındakı filial "park-side" formatında mövqeləndirilir - bu, şəbəkədə restoran zallarının, açıq terrasın və park ərazisinin vahid mühit kimi işlədiyi yeganə məkandır. Ümumi sahəsi təxminən iki hektar olan park tam yenidən qurulub və sutka ərzində açıqdır ki, bu da qonaqlara həm gündüz, axşam, həm də gecə saatlarında istirahət üçün fərqli ssenarilər təqdim edir. Məkanda ümumi zallar, ayrıca girişi olan şəxsi VİP otaqlar ("Netflix", karaoke və "PlayStation" xidmətləri ilə), karaoke otaqları, lanç zonası və tədbirlər üçün təntənə zalı fəaliyyət göstərir. Belə format ailəvi görüşlərdən və dost məclislərindən korporativ tədbirlərə qədər geniş auditoriyaya xidmət göstərməyə imkan verir. Filial şəhərin ən dinamik nöqtələrindən birində yerləşir: yaxınlıqda Mətbuat prospekti, Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti (təxminən 200 m), "3 saylı ASAN xidmət" mərkəzi və Yasamal bazarı yerləşir. Metronun "Elmlər Akademiyası" stansiyaları məkandan təxminən 800 metr məsafədədir. "Musabəyov" parkındakı filial bizim üçün sadəcə növbəti ünvan deyil. Bu, "LaLiga Dining & Lounge" konseptinin park və terras mühitində tam şəkildə reallaşdığı ilk məkandır. Məqsədimiz Bakı sakinlərinə və şəhər qonaqlarına keyfiyyətli mətbəxi, rahat atmosferi və müxtəlif əyləncə formatlarını bir ünvanda təqdim etməkdir", - deyə, "LaLiga Dining & Lounge" restoranlar şəbəkəsinin təsisçilərindən biri olan Anar Daşdıyev bildirib. Açılış günü qonaqlara furşet, canlı ifalar və DJ proqramı, qəlyan növlərinin dequstasiyası, habelə karaoke və "PlayStation" otaqları ilə tanışlıq imkanı təqdim olunub. Tədbirdə media nümayəndələri, tərəfdaşlar və sosial media nümayəndələri iştirak edib. "LaLiga Dining & Lounge" "Musabəyov" parkı filialı 5 sentyabr 2026-cı il tarixindən etibarən bütün qonaqlar üçün açıqdır. Şəbəkə Bakı sakinlərini və şəhər qonaqlarını yeni məkanı ziyarət etməyə, park mənzərəli terrasda, ümumi zalda və ya şəxsi VİP otaqlarda "LaLiga" keyfiyyətini və xidmət səviyyəsini şəxsən yaşamağa dəvət edir. Masaların və otaqların rezervasiyası "WhatsApp", sosial şəbəkə səhifələri, telefon və ya sayt vasitəsilə həyata keçirilir. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 62 (Musabəyov parkı) İş saatları: Hər gün saat 12:00-dan növbəti gün səhər saat 06:00-dək Rezervasiya: +9940503009393 Sayt: https://laliga.az/ "Instagram": laligadininglounge
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az