Cəmiyyət
Goranboyda məktəbin sanitar qovşağını söküb yararsız vəziyyətə salıblar? - AÇIQLAMA - VİDEO
Goranboy şəhəri 2 nömrəli tam orta məktəbində sanitar qovşağı və su kranları sökülərək yararsız hala salınıb. İddialara görə, hadisənin təşkilatçısı məktəbin sabiq direktorudur. Oxu.Az Baku TV-ə istinadla xəbər verir ki, məktəbin müəllimi Fərqanə Məmmədovanın sözlərinə görə, sanitar qovşağı müəllimlərin şəxsi vəsaitləri hesabına təmir olunubmuş: "Keçmiş direktor bizi şagirdlərin digər məktəblərə üz tutması və tədris prosesinin pozulması məqsədilə sanitar qovşağını dağıdacağı ilə hədələyirdi. İyunun 3-də vəzifəsindən azad edilsə də, bir müddət məktəbdə təzyiqlərini davam etdirdi. İbtidai sinif müəllimləri 100 manat, yuxarı sinif müəllimləri isə 20 manat toplayaraq bu şəraiti yaratmışdı. Baş verənlərdən sonra məktəbdə şagirdlər azaldı, keçmiş direktor çörəyimizlə oynadı".
Sabiq direktor İlhamə Qasımova isə ittihamları rədd edərək sanitar qovşağın sökülməsindən məlumatının olmadığını bildirib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məsələ ilə bağlı araşdırma aparıldığı təsdiqlənib. Bildirilib ki, müəssisədəki avadanlıqların zədələnməsi və ya yerində olmaması faktı müəyyən edilib. Mövcud problemlərin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması və avadanlıqların təmir olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Mənbə
oxu.az