Dünya

BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı

05 Sep 2026, 06:02 3 baxış
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
BMW Almaniyada 3, 5 və 7 seriyalarından olan 189 130 avtomobili alovlanma riski səbəbindən geri çağırır. Oxu.Az bildirir ki, bu barədə Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsindən məlumat verilib. Məlumata görə, buna səbəb sudan kifayət qədər qorunmayan starter rölesidir. Detalın daxilindəki kontaktlar uzun müddət nəmə məruz qaldıqda korroziyaya uğraya bilər ki, bu da qısaqapanmaya səbəb ola bilər. Nəticədə alovlanma riski yaranır. Geri çağırılma 29 iyul 2014-cü ildən 12 noyabr 2020-ci ilədək istehsal edilmiş avtomobillərə şamil olunur. 3 seriyası üçün bu, "F30" nəslini və növbəti "G20" nəslinin ilk avtomobillərini əhatə edir. 5 seriyası üçün geri çağırılma "F10" və "G30" nəsillərini, 7 seriyası üçün isə "F01/F02" və "G11/G12" nəsillərini əhatə edir. Yuxarıda sadalanan seriyalara və buraxılış illərinə aid avtomobillərin sahiblərinə geri çağırılmanın konkret avtomobilə şamil olunub-olunmadığını VIN üzrə yoxlamaq məsləhət görülür. Zərurət yarandığı halda, BMW suyun daxil olması problemini aradan qaldırmaq üçün starteri dəyişdirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər