Dünya

Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti

05 Sep 2026, 03:31 2 baxış
Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. Oxu.Az-ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqin ikinci əlaməti görmənin qəfil pisləşməsi və ya bulanıqlaşmasıdır. Üçüncü simptom isə qulaqlarda cingiltidir ki, bu da adətən streslə əlaqələndirilir. Mütəxəssis əlavə edib ki, bir çox insan sadalanan simptomlara diqqət yetirmir. Bu, xüsusilə, qan təzyiqini müntəzəm ölçmək vərdişi olmayan gənclərə aiddir. "Hipertoniya isə hiss edilmədən sağlamlığı məhv edir, buna görə də onu "səssiz qatil" adlandırırlar", - deyə həkim xəbərdarlıq edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər