Dünya

Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...

05 Sep 2026, 04:31 4 baxış
Həkimlər qadınlara xəbərdarlıq etdilər: 30 yaşdan sonra...
30-40 yaşlı qadınlarda ovarial rezerv (yumurtalıq ehtiyatı) və süd vəzilərinin sağlamlığı yoxlanmalı, eləcə də onlar uşaqlıq boynu xərçənginə görə müayinədən keçməlidirlər. Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı həkimlər "Birinci kanal"da yayımlanan "Yaşamaq gözəldir!" adlı verilişdə danışıblar. Ovarial rezervi qiymətləndirmək üçün mütəxəssislər anti-Müller hormonunun səviyyəsini müəyyənləşdirmək məqsədilə analiz verməyi tövsiyə ediblər. Aparıcıların sözlərinə görə, anti-Müller hormonunun səviyyəsi təxminən 35 yaşdan sonra azalmağa başlayır. Eyni zamanda, qadınlar əvvəlcədən yumurta hüceyrələrinin dondurulmasını nəzərdən keçirə bilərlər. Həkimlər mammoqrafiyanı da ikinci vacib müayinə adlandırıblar. Onlar qeyd ediblər ki, son onilliklərdə bu yaşda olan qadınlar arasında süd vəzisi xərçəngi hallarının sayı artmaqdadır. Mütəxəssislər həmçinin uşaqlıq boynu xərçənginə görə müayinədən keçməyi və insan papillomavirusuna (HPV) görə analiz verməyi məsləhət görüblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər