Dünya

ABŞ bazalarına hücumun DETALLARI: İran süni intellektli PUA-lardan istifadə edib

05 Sep 2026, 05:00 3 baxış
ABŞ bazalarına hücumun DETALLARI: İran süni intellektli PUA-lardan istifadə edib
İran Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi cavab zərbələri zamanı süni intellekt texnologiyası ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) və ballistik raketlərdən istifadə edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib. "Düşmənə qarşı son əməliyyatlar zamanı süni intellektlə təchiz olunmuş "Arash-2" PUA-larından və "Fath" "yer-yer" tipli raketlərindən istifadə etdik", - deyə o, dövlət televiziyasının efirində vurğulayıb. İran ordusunun nümayəndəsinin sözlərinə görə, İran Silahlı Qüvvələri cavab zərbələrini kombinə edilmiş və asimmetrik şəkildə həyata keçirir ki, bu da hədəfləri asanlıqla vurmağa imkan verir. Əkrəminiya qeyd edib ki, Tehran təhlükə yarandığı təqdirdə qabaqlayıcı əməliyyatların keçirilməsi ehtimalını istisna etmir. Xatırladaq ki sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər verib. İran cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla ABŞ-nin hərbi bazalarına zərbələr endirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər