Dünya
Putin və Zelenskiyə ABŞ-dən hansı təklif aparılır?
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukraynadakı münaqişəyə son qoyulması təklifi ilə Moskva və Kiyevə səfər edəcəklər. Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bəyan edib. Jurnalistin təklifin yeni olub-olmaması ilə bağlı sualını cavablandıran Donald Tramp deyib: "Xeyr, onlar özləri ilə müharibəni dayandırmaq təklifini aparırlar". "Biz onları nəyisə etməyin mümkün olub-olmadığını anlamaq üçün göndərdik. Bunu həll etmək şansımız var", - deyə ABŞ Prezidenti əlavə edib. "Axios" və "The New York Times"ın məlumatına görə, Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaqlar. Növbəti gün onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar üçün Kiyevə yola düşəcəklər.
Mənbə
oxu.az