Tramp: Bəzi ölkələrlə ticarət dayandırıla bilər!
Əgər ölkənin mərkəzi bankı kimi xidmət göstərən ABŞ Federal Ehtiyat Sistemi (FES) özünün əsas faiz dərəcəsini aşağı salmasa, ABŞ bir sıra ölkələrlə ticarəti dayandıra bilər.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ dünyada ən aşağı faiz dərəcəsinə malik olmalıdır.
"Əgər ABŞ (bir sıra ölkələrdə) böyük ticarət profisitinə yol verməsəydi və biz buna dərhal son qoya bilsəydik, onlar artıq maliyyə elitası hesab olunmazdılar", - deyə Tramp bildirib.
"Faiz dərəcəsini aşağı salın, əks halda kəsirimizin olduğu ölkələrlə ticarəti dayandıracağam, çünki ABŞ Ali Məhkəməsi gömrük rüsumları ilə bağlı verdiyi axmaq və çox baha başa gələn qərarında prezidentin bunu etmək üçün tam hüquqa malik olduğunu birmənalı şəkildə etiraf edib. Bu, gömrük rüsumlarından daha yaxşıdır", - deyə o əlavə edib.