Digər

BMT yeni dünya xəritəsi ilə bağlı səsvermə keçirəcək

04 Sep 2026, 22:42 2 baxış
BMT yeni dünya xəritəsi ilə bağlı səsvermə keçirəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Merkator xəritəsindən imtina etməyə çağıran qətnamə üzrə səsvermə keçirəcək.


Axar.az xəbər verir ki, bu barədə "Qardian" qəzeti məlumat yayıb.


Təşəbbüsün müəllifi Toqo xarici işlər naziri Robert Duceydir. Sənəddə qitələrin ölçüsünü daha dəqiq əks etdirən və Afrikanın əsl miqyasını təhrif etməyən xəritəyə keçmək təklif olunur.


Toqo xarici işlər nazirinin sözlərinə görə, qətnaməni Afrika İttifaqının digər 54 üzvü dəstəkləyib. Duce məsələnin siyasi deyil, tətbiqi və elmi xarakter daşıdığını vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər