Kriminal

Naxçıvanda avtomobil aşıb: Üç nəfər ölüb, doqquz nəfər yaralanıb

04 Sep 2026, 23:42 4 baxış
Naxçıvanda avtomobil aşıb: Üç nəfər ölüb, doqquz nəfər yaralanıb
Şahbuzda ağır qəza baş verib. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Gömür kəndində qeydə alınıb. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri - 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun qızı, 2017-ci il təvəllüdlü F.Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev həlak olublar. Daha 9 nəfər - 2025-ci il təvəllüdlü V.Şıxəliyeva, 2025-ci il təvəllüdlü R.Abdullayev, 2004-cü il təvəllüdlü Nəzrin İsmayılova, 2025-ci il təvəllüdlü U.İsmayılov, 1985-ci il təvəllüdlü Sərraf Abdullayev, 2010-cu il təvəllüdlü Ceyran Abdullayeva, 2016-cı il təvəllüdlü F.Şıxəliyeva, 1983-cü il təvəllüdlü Vüsalə Abdullayeva və 2014-cü il təvəllüdlü G.Şıxəliyev xəsarət alıblar. Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər