Dünya
Trampın elçiləri Putin və Zelenski ilə görüşəcəklər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner sentyabrın 4-də Kiyevə gedəcəklər. Onlar şənbə günü Kremldə Rusiya Prezidenti Vladimir Putinlə, bazar günü isə Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədirlər. Oxu.Az bildirir ki, bu barədə "Axios" nəşri amerikalı məmurlara istinadən xəbər verir. Ötən gün ABŞ Prezidenti Donald Tramp Stiv Uitkoff və Cared Kuşneri Kiyev və Moskvaya səfərlərini müzakirə etmək üçün Ağ Evdə qəbul edib. "Axios"un həmsöhbətləri bildiriblər ki, bu səfər bir neçə ay ərzində müzakirə olunub və müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb. Stiv Uitkoff və Cared Kuşnerin işgüzar səfərləri Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvada kəşfiyyat idarələrinin rəhbərləri ilə görüşündən 10 gün sonra baş tutacaq.
Mənbə
oxu.az