Cəmiyyət

Bakıda yeni metro stansiyasının adı açıqlandı

04 Sep 2026, 17:52 4 baxış
Bakıda yeni metro stansiyasının adı açıqlandı
Bakıda yeni metro stansiyası "20 Sentyabr" adlandırılacaq. Oxu.Az xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb. Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyasına "20 Sentyabr" adı verilib. Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı Metropoliteni" QSC-yə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bakıda yeni metro stansiyasının adı açıqlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər